Bu il 1,3 ton heroin ələ keçirilib

   Bu il    1,3 ton heroin ələ keçirilib
  20 İyun 2022    Oxunub:819
Bu ilin yanvar-may ayları ərzində aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AzVision.az -a bildirilib ki, aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 kq 326,021 qr-nı tiryək, 10 kq 982,691 qr-nı həşiş, 198,940 qr-nı kokain, 529 kq 961,931 qr-nı psixotrop maddələr, 8 kq 957,887 qr-nı isə digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 11754 ədəd həb metadon və 18788 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

AzVision.az



Teqlər: Heroin  





Xəbər lenti