Oğlunu öldürən ata tutuldu

 Oğlunu öldürən ata tutuldu
  20 İyun 2022    Oxunub:1884
İyunun 19-u saat 23 radələrində rayonun Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti