Neft Fondunun gəlirləri artır, xərcləri azalır

   Neft Fondunun gəlirləri artır, xərcləri azalır
  18 İyun 2022    Oxunub:1266
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin təsdiq olunmuş göstəriciyə ilə müqayisədə 5199,4 milyon manat (49,1 faiz) çox və ya 15789,1 milyon manat nəzərdə tutulur.
AzVision.az -ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri 11563,1 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1192,5 milyon manat və ya 9,3 faiz azdır.

AzVision.az



Teqlər: Neft-Fondu  





Xəbər lenti