Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı
  17 İyun 2022    Oxunub:746
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.
Mərkəzi Bankdan AzVision.az -a verilən məlumata görə, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti