Dövlət qulluqçularının 28 faizini qadınlar təşkil edir

Dövlət qulluqçularının    28 faizini    qadınlar təşkil edir
  17 İyun 2022    Oxunub:844
Azərbaycanda dövlət qulluqçularının sayı və əməkhaqqı açıqlanıb. Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildiirlib ki, 2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 28,0 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,4 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,8 faizi 6-cı təsnifatı, 48,4 faizi 7-ci təsnifatı, 21,0 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7,0 faizi 1 ilədək, 23,1 faizi 1 ildən 5 ilədək, 25,9 faizi 5 ildən 10 ilədək, 17,2 faizi 10 ildən 15 ilədək, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2021-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1274,1 manat təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti