Bakıda binadakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıda binadakı yanğın söndürülüb -  YENİLƏNİB
  17 İyun 2022    Oxunub:1385
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, bu gün saat 10:00 radələrində “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti