Qanunsuz tikinti işləri dayandırıldı - VİDEO+Fotolar

   Qanunsuz tikinti işləri dayandırıldı -    VİDEO+Fotolar
  10 İyun 2022    Oxunub:931
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
AzVision.az xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində sahibi məlum olmayan ərazidə müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələlərlə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.





AzVision.az



Teqlər: Tikinti   FHN  





Xəbər lenti