Palata Neft Fondunun büdcəsinin icrasına rəy verib

Palata Neft Fondunun büdcəsinin icrasına rəy verib
  08 İyun 2022    Oxunub:1409
Hesablama Palatasının rəyi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasına təqdim olunacaq.
Bu barədə AzVision.az -a Hesabalama Palatasından bildirilib. Məlumata görə, bu barədə Hesablama Palatasında keçirilən Kollegiya iclası zamanı məlum olub.

Palatanın sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.

Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib, Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti