Daha bir 16 yaşlı qızın toy çadırı söküldü

   Daha bir  16 yaşlı qızın toy çadırı söküldü
  08 İyun 2022    Oxunub:1828
Qazax rayonunda erkən nikah bağlanılmasına cəhd edilib. Hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az -a bildirib ki, Qazax rayon Polis Şöbəsinə rayonun Kosalar kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Qeyd edək ki, bu gün Sabirabadda 16 yaşlı qızın nəzərdə tutulan toy mərasimi də ləğv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti