Biləsuvarda qəza nəticəsində avtomobil 2 yerə bölünüb

Biləsuvarda qəza nəticəsində    avtomobil 2 yerə bölünüb
  07 İyun 2022    Oxunub:990
Biləsuvar rayonunda yol qəzası baş verib. AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Daha sonra zərbənin təsirindən "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb.

Onun sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti