Hafiz Baxşəliyev Londonda "Dəmir Yumruq" adlı yarış keçirib

Hafiz Baxşəliyev Londonda    "Dəmir Yumruq" adlı yarış keçirib
  06 İyun 2022    Oxunub:2670
Hafiz Baxşəliyevin rəhbərlik etdiyi "Immortal Champions" idman təşkilatı Londonda "Dəmir Yumruq" adında peşəkar Kickboxing və "Muay Thai" yarışı təşkil edib. AzVision.az xəbər verir ki, yarışda Britaniya, Çin, Çexiya, Polşa, Pakistan və digər ölkələrin idmançıları mübarizə aparıb.
Yarışın son iki döyüşündə Britaniya və Avropa çempionları müəyyən edilib.

Elia Devu, Hadiqa Abdulu məğlub edərək Britaniya çempionu olub.

Ağır çəkili idmançılar arasında keçən mübarizədə Daniel Sam Çexiya çempionu Marian Tuma ilə qarşılaşıb və Daniel Sam rəqibi ilk roundda məğlub edərək yeni Avropa çempionu adını qazanıb.

Tədbir vaxtı sarayın ekranlarında Qarabağ Zəfərinin simvollarından Dəmir yumruq yazısı və Xarbülbül loqosu da əks olunub. Yarışı xeyli sayda jurnalist və məşhur idman bloqqerləri də izləyib. LEAP Frog Combat Media, KickboxingZ mətbuat orqanları və UKMF (United Kingdom Muay Thai Federation) rəhbərləri Hafiz Baxşəliyev tərəfindən mükafatlandırılıblar.





AzVision.az




Teqlər: Yarış   London  





Xəbər lenti