Quba sakini bıçaqlanaraq öldürülüb

Quba sakini bıçaqlanaraq öldürülüb
  04 İyun 2022    Oxunub:770
Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti