Şəmkirdə polis yol qəzasında ölüb

   Şəmkirdə polis yol qəzasında ölüb
  04 İyun 2022    Oxunub:1291
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti