Mağazanı soyub, borc dəftərini yandırdı

   Mağazanı soyub,   borc dəftərini yandırdı
  03 İyun 2022    Oxunub:1090
Neftçala rayonunun Təzəkənd kəndində oğurluq olub.
İddialara görə, 17 yaşlı rayon sakini qonşu kəndin mağazasına girib. İlkin məlumata görə, ərzaq malları oğurlayıb, oranı tərk edəndə isə 15 min manat borc siyahısı olan dəftərləri yandırıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, mart ayının 31-də gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb:

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb. Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir”.(Oxu.az)

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti