Ağsuda 59 yaşlı qadın itkin düşüb - FOTO

Ağsuda 59 yaşlı qadın itkin düşüb -    FOTO
  03 İyun 2022    Oxunub:786
Ağsuda 59 yaşlı qadın itkin düşüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

"Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti