14 yaşlı qızın zorlanma xəbəri yalan çıxdı - YENİLƏNİB

 14 yaşlı qızın zorlanma xəbəri yalan çıxdı -  YENİLƏNİB
  02 İyun 2022    Oxunub:4790
Bakıda 14 yaşlı qızın zorlanması faktı öz təsdiqini tapmayıb.
Bu barədə AzVision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, hadisə haqqında məlumat alınan anda polis məlumatlandırılıb:

"Bakı Şəhəri Baş Polis İdarəsindən Komitəyə verilən məlumatda faktın təsdiqini tapmadığı qeyd edilib. Ailəyə baş çəkilib və söhbət edilib".

***

Bakıda zorlanma hadisəsi olub. AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini A.Ə (ad şərtidir) polisə müraciət edərək, qızı 14 yaşlı İ.A-nın Ç.M tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

AzVision.az



Teqlər: Yeniyetmə  





Xəbər lenti