Toyu olduğu deyilən məktəblinin “qayınata”sı danışdı - VİDEO

   Toyu olduğu deyilən məktəblinin “qayınata”sı danışdı -    VİDEO
  02 İyun 2022    Oxunub:1179
Azərbaycanda ərə verilən məktəbli qızın “qayınata”sı danışıb.
O, məktəbli qızın toyu olması xəbərlərini yalanlayıb. Qızın “qayınata”sı sadəcə “həri” mərasiminin olduğunu qeyd edib: “Ailə arasında “həri” mərasimi olub, toy olmayıb. Qız həddi buluğa çatanda toy olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Sabirabadda məktəbli qızın toyu barədə ilk məlumatı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə yayıb. “Sabirabad rayonu Qəzli kəndində doqquzuncu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”, - deyə K.Ağazadə paylaşımında qeyd edib.



AzVision.az



Teqlər: Toy  





Xəbər lenti