Avropa Komissiyasının rəsmisi: "Avropa qazının 90 faizi idxal olunur"

      Avropa Komissiyasının rəsmisi:    "Avropa qazının 90 faizi idxal olunur"
  02 İyun 2022    Oxunub:1445
Rusiya-Ukrayna müharibəsi Avropa ittifaqı ölkələrində vəziyyəti daha da mürəkkəbləşdirir. Avropanın təbii qazının 90 faizi idxal olunur və Rusiya burada liderdir.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (EC) Enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Avropa İttifaqı ölkələri 2050-ci ilə qədər karbon neytrallığını nail olmağa hədəfləyib:

"Bu, enerji keçidini sürətləndirəcək. Biz bərpa olunan enerji sahəsinə diqqəti artımalıyıq. Hədəflərimiz burada 40 faizdən 45 faizə artmaqdır. Bu, çətindir, çünki investiya üçün büdcə artırılmalıdır. Külək təsərrüfatı qurğularının hazırlanması üçün təkliflərimizi hazırlamışıq. Bununla 2050-ci ilə qədər 100 MVT gücündə enerji istehsal etməyi hədəfləyirik".

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti