Bu layihələr Azərbaycana 163 milyard dollardan çox gəlir qazandırıb

   Bu layihələr Azərbaycana    163 milyard dollardan çox    gəlir qazandırıb
  02 İyun 2022    Oxunub:1200
İndiyənədək Trans-Anadolu kəməri (TANAP) vasitəsilə Türkiyəyə 29 mlrd. kubmetr qaz nəql edilib. AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu ilin beş ayında TANAP-la 6,8 mlrd. kubmetr qaz nəql edilib:

"2022-ci ilin sonuna qədər göstəricinin 16 mlrd. kubmetrə çatacağı gözlənilir. Bu il Avropaya 10 mlrd. kubmetr qaz nəql ediləcək".

Nazir qeyd edib ki, indiyə qədər Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından 555 milyon ton neft hasil edilib.

"Qeyd edilən yataqlardan indiyədək 168 milyard kubmetr qaz və 36 milyon ton qaz kondensatı hasil edilib. Bu layihələr Azərbaycana 163 milyard ABŞ dollarından çox gəlir qazandırıb".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti