İsrail Belarus təyyarələrinə xidmət göstərməyəcək

   İsrail Belarus təyyarələrinə xidmət göstərməyəcək
  31 May 2022    Oxunub:950
İsrailin aviasiya orqanları əvvəllər uçuş icazəsi almasına baxmayaraq, Belarusun “Belavia” şirkətinin təyyarəsinə xidmət göstərməkdən imtina edib.
Nəticədə, aviaşirkət yay mövsümü üçün oktyabrın 27-dək Təl-Əvivə bütün uçuşları ləğv edib. Bu barədə Belarus aviadaşıyıcısının mətbuat xidmətindən məlumat verilib.

“Belavia” alınan biletlərin pulunu qaytarmağa hazır olduğunu açıqlayıb. Mətbuat xidməti uçuş icazəsinin hansı səbəbdən geri alındığını açıqlamayıb.

AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti