Bakıda yol qəzasında 4 nəfər yaralandı

Bakıda yol qəzasında 4 nəfər yaralandı
  26 May 2022    Oxunub:1184
Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində xəsarət almış 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir.

AzVision.az



Teqlər: Yol-qəzası  





Xəbər lenti