Ərzaq təhlükəsizliyi ilə bağlı yeni mexanizm hazırlanır

   Ərzaq təhlükəsizliyi ilə bağlı yeni mexanizm hazırlanır
  25 May 2022    Oxunub:1216
Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər vermişik.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisəslərə, sahibkarlara subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti