Ruhi xəstə "məktəbdə bomba var" deyib polisə zəng etdi

Ruhi xəstə "məktəbdə bomba var" deyib polisə zəng etdi
  24 May 2022    Oxunub:849
Ağsuda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, mayın 4-də saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti