Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

   Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
  21 May 2022    Oxunub:1366
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: MN   Atəşkəs  





Xəbər lenti