"Aztelekom"un əməkdaşının ölümünün təfərrüatı

   "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatı
  20 May 2022    Oxunub:1419
Şamaxı Rayon Prokurorluğu "Aztelekom"un əməkdaşının ölümünün təfərrüatını açıqlayıb.
Prokurorluqdan AzVision.az -a daxil olan açıqlamada deyilir: "Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır".

AzVision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti