Dəhşətli yanğınla bağlı cinayət işi açıldı

  Dəhşətli yanğınla bağlı cinayət işi açıldı
  19 May 2022    Oxunub:1325
Bakıda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb: "Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin olunub".

Xatırladaq ki, hadisə mayın 17-i saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib. Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti