Qaçırdığı maşını qardaşına verdi

Qaçırdığı maşını qardaşına verdi
  18 May 2022    Oxunub:875
Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Hyundai  





Xəbər lenti