Bakıda kürəkən qayınatasını öldürüb qaçdı

   Bakıda kürəkən qayınatasını öldürüb qaçdı
  18 May 2022    Oxunub:1711
Bakıda qətl törədilib.
AzVision.az xəbər verir ki, hadisə Ramanı qəsəbəsi "Şuşa şəhərciyi"ndə qeydə alınıb. 1987-ci il təvəllüdlü Taleh Heydərov qayınatası, 1978-ci il təvəllüdlü Qabil Qənbərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Taleh Heydərov hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az



Teqlər: Bıçaq  





Xəbər lenti