Bakıda binada iki ev yanıb, ölən var - YENİLƏNİB - 2

Bakıda binada iki ev yanıb, ölən var - YENİLƏNİB - 2
  18 May 2022    Oxunub:2579
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə yayılma riski yüksək olsa da yanğınsöndürmə qüvvələrinin gördüyü operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub. Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan cəmi 75kv.m sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.

***00:33***

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.


AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

23:05

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti