"Azərbaycan Avropa bazarına tədarükü artıracaq" - Nazir

"Azərbaycan Avropa bazarına tədarükü artıracaq" -    Nazir
  17 May 2022    Oxunub:1181
"Azərbaycan Avropa bazarına enerji resursları tədarükünü davam etdirir və biz həcmlərin yalnız artacağını gözləyirik".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas sahəsi neft-qaz sənayesi, eləcə də nəqliyyat sektorudur:

"Alternativ enerjinin inkişafı və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi də gözlənilir. Ölkəmiz yük daşımaları üçün qovşaqdır. Bizim limanımız və iqtisadi zonalarımız hazırkı əməkdaşlığı genişləndirməyə və Azərbaycan ilə Aİ arasında ticarət dövriyyəsini artırmağa imkan verir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti