"Aİ ölkələrindən Azərbaycana 20 milyard avro investisiya yatırılıb" - Mikayıl Cabbarov

   "Aİ ölkələrindən  Azərbaycana 20 milyard avro investisiya yatırılıb" -    Mikayıl Cabbarov
  17 May 2022    Oxunub:1576
"Bu günə qədər Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avro investisiya yatırılıb".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşlarındandır.

"Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir. Bu il Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması gözlənilir”.

Nazir həmçinin qeyd edib ki, 2022-2026-cı illəri əhatə edən strateji plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı 60 faiz, məşğulluqda 70 faiz, qeyri -neft ixracında 40 faiz olacaq:

"Bu il proqnoza əsasən Azərbaycanın xarici ticarətində rekord göstərici gözləniləndir, bu məsələdə əsas investor kimi Avropa İttifaqının xüsusi töhfəsi var".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti