Hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb. Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb.(APA)
AzVision.az
Teqlər:
Dava