Döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək
16 May 2022
Oxunub:325
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Müdafiə Nazirliyindən AzVision.az -a daxil olan məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 17- 21 may tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.