Vətən Müharibəsi iştirakçısı qəzada öldü

   Vətən Müharibəsi iştirakçısı qəzada öldü
  14 May 2022    Oxunub:1042
Azərbaycanda hərbi qulluqçu yol qəzasında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, hadisə mayın 12-sində Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, baş gizir Zahid Səlimov Vətən Müharibəsidə iştirak edib və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti