Azərbaycanda gündəlik 579,1 min barel xam neft hasil olunub

Azərbaycanda gündəlik 579,1 min barel xam neft hasil olunub
  14 May 2022    Oxunub:1114
Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub.
AzVision.az -ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olması nəzərdə tutulurdu.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti