Silahla ehtiyatsız davranan polis özünü öldürdü

   Silahla ehtiyatsız davranan polis özünü öldürdü
  13 May 2022    Oxunub:955
Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, hadisə bu gün baş verib. Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.


AzVision.az



Teqlər: Polis  





Xəbər lenti