Azərbaycana turist axını kəskin artıb

   Azərbaycana turist axını kəskin artıb
  13 May 2022    Oxunub:968
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib.
Bu barədə AzVision.az -a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4 % çoxdur.

2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

AzVision.az



Teqlər: Turist  





Xəbər lenti