“KamAz”la “BMW” toqquşub, ölən var

“KamAz”la “BMW” toqquşub, ölən var
  12 May 2022    Oxunub:800
Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az -a bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub.

Nəticədə “BMW” markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti