Almaniyada inflyasiya rekord həddə çatıb

   Almaniyada inflyasiya rekord həddə çatıb
  11 May 2022    Oxunub:819
Apreldə Almaniyada inflyasiya 7,4% təşkil edib ki, bu da ölkənin 1990-cı ildə birləşməsindən bəri ən yüksək göstəricidir. AzVision.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak qiymətləri 7,4% artıb
. Sonuncu dəfə inflyasiya bu səviyyəyə 1981-ci ilin payızında, İran-İraq müharibəsindən sonra neftin qiymətinin qalxdığı vaxt çatmışdı.

Martda Almaniyada inflyasiya 7,3%, fevralda 5,1%, yanvarda isə 4,9% təşkil edib. Mart ayı ilə müqayisədə apreldə istehlak qiymətləri 0,8% bahalaşıb. Ukraynada baş verən hadisələr fonunda təkcə enerji deyil, digər əmtəələrin, məsələn, ərzaq məhsulları da bahalaşıb. O cümlədən, aprel ayında ölkədə ərzaq məhsullarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% bahalaşıb. Aylıq əsasda qiymətlər 3,6% artıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti