Neftçalada bələdiyyə sədrinə cinayət işi başlandı

   Neftçalada bələdiyyə sədrinə cinayət işi başlandı
  11 May 2022    Oxunub:987
Neftçalada bələdiyyənin vəzifəli şəxsləri pul vəsaitlərini mənimsəyiblər.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Xəzər bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin sabiq sədri Loğman Sultanovun 1 823 manat məbləğində pul vəsaitini, hazırkı bələdiyyə sədri Fətulla Muradovun isə işlədiyi dövrdə 2 196 manat məbləğində pul vəsaitini öz qulluq səlahiyyətlərindən istifadə etməklə etibar edilən bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

AzVision.az



Teqlər: Neftçala  





Xəbər lenti