Mirşahin ad çəkmədi, amma hər şey aydındır... – VİDEO

   Mirşahin ad çəkmədi, amma hər şey aydındır... –    VİDEO
  09 May 2022    Oxunub:1377
Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev müəllif proqramında bloger Hüseyni blogerlik edən yazarlara nümunə göstərib.
- Bu yaxınlarda biz Hüseyn adlı bir fenomen blogerin auditoriyasının, etdiyi “simurq yaxşılıqları"nın da şahidi olduq. Deməli, blogerlərin çox böyük faydası dəyə də bilər.- Mirşahin deyib.- Amma Azərbaycanın bitirdiyi əksəriyyəti yabanı-alaq blogerlərin yox. Bizim tanıdığımız blogerlər yumşaq desək, söyüşlə, təhqirlə, ona-buna öcəşməklə, milləti, dövləti aşağılamaqla məşğuldurlar. Və qarşısına çıxan kasıb qadına külli miqdarda vəsait verən Hüseynə qətiyyən bənzəmirlər. Çünki o, özünü Hüseyn kimi yox, bax həmin o kasıb qadının yerində hiss edir, hətta ondan qat-qat qürursuz aparır.


Kadrlarda biz görürük ki, blogerin təklif etdiyi məbləği məğrur kasıb ana necə inadla qeri qaytarmağa çalışır. Bizim blogerlər arasında isə əsər hesab etdiklərindən ibarət “kitab” adlandırdıqlarını küçədə salfet satanlar kimi təklif edən, əslində isə sadəcə dilənənlər var. Blogerimiz oturub bloger Hüseyni gözləyir ki, bəlkə nəsə verə... Öyrənmək gec deyil. Elə bloger Hüseyndən öyrənməyi təklif edirəm.

Kitabınız lazım deyil. Əsəriniz də, o cümlədən. Yazmayın! Folknerdən, Markesdən demirəm, hələ bir Sabir Əhmədlidən utanın. Hələ bir yaşamağı öyrənin, sonra yazarsınız... Salfet satmayın! Adamı oxuculuqdan bunca iyrəndirməyin!




Teqlər:





Xəbər lenti