Avropadan Rusiya qazının tədarükü üçün müraciətlər artıb

Avropadan Rusiya qazının tədarükü üçün müraciətlər artıb
  09 May 2022    Oxunub:873
Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir. Bu gün müraciətlərə əsasən, qeyd olunan istiqamət üzrə nəql üçün nəzərdə tutulan qazın həcmi 98,9 mln. kubmetr təşkil edir, bu da 8 may tarixinə olan göstərici (92,1 mln. kubmetr) ilə müqayisədə 7,4% çoxdur.
AzVision.az xəbər verir ki, bunu "Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib. Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

AzVision.az




Teqlər: Rusiya   Qaz  





Xəbər lenti