Ukrayna münaqişəsi: Avropa bankları 5 milyard avrodan çox itirib

      Ukrayna münaqişəsi:    Avropa bankları 5 milyard avrodan çox itirib
  09 May 2022    Oxunub:1430
Avropanın ən böyük banklarının Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatına başlamasından və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının tətbiqindən sonra itkiləri açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın biznes qəzeti “Les echos” yazıb. Qeyd olunub ki, bu ilin birinci rübündə itkilər artıq 5 milyard avronu keçib. Ən böyük itkilər İtaliyanın “UniCredit” bankı tərəfindən qeydə alınıb - 1,3 milyard avro. Anti-reytinqin ilk üçlüyünə həmçinin 834 milyon avro itki ilə Niderlandın “ING” şirkəti və 801 milyon avro itirmiş İtaliyanın “Intesa Sanpaolo” bank qrupu daxildir.

Reytinqdə onlardan sonra “Fransanın Credit Agricole” (604 milyon avro), “BNP Paribas” (433 milyon avro) və “Societe Generale” (354 milyon avro) gəlir. “Commerzbank” (334 milyon avro), Britaniyanın “HSBC” (237 milyon avro), Avstriyanın “Raiffeisen Bank” (220 milyon avro) və İsveçrənin “Credit Suisse” (197 milyon avro) zərərlə ilk on bankı tamamlayıb.

Qeyd edək ki, rəsmi Moskva hərbi əməliyyat başlamasından sonra Rusiyadakı fəaliyyətini dayandırdığını və “Rosbank”dakı payını Vladimir Potanin “Interros” şirkətinə satdığını elan edən “Societe Generale” müqavilə üzrə 3,1 avro itirməyə hazırlaşır.

Lakin qəzetin yazdığına görə, sövdələşmə hələ tamamlanmayıb, ona görə də bu itkilər hazırkı statistikaya daxil edilməyib. Statistikada rus müştərilərinə ofşor şirkətlər vasitəsilə verilən kreditlərin ən azı bir milyard avrosu ilə bağlı risklər öz əksini tapmayıb.

Eyni zamanda, qəzetin qeyd etdiyi kimi, Avstriyanın “Raiffeisen” Bankı müştərilərin rublla valyuta əməliyyatlarına olan tələbi ilə əlaqədar əməliyyat mənfəətini 83% artıraraq 337 milyon avroya çatdırıb.

Nəşr xatırladır ki, bu, yalnız ilkin məlumatdır və gələcəkdə itkilər yalnız artmaqda davam edəcək. Avropa Mərkəzi Bankının (AMB) məlumatına görə, 2021-ci ilin sonunda Avropa banklarının Rusiya kontragentləri ilə bağlı riskləri təxminən 100 milyard avro təşkil edib ki, bunun da “yalnız kiçik bir hissəsi sanksiyalara məruz qalacaq.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Bank   Dollar  





Xəbər lenti