İranda ət və balığın bahalaşması makarona tələbatı artırıb

İranda ət və balığın bahalaşması makarona tələbatı artırıb
  07 May 2022    Oxunub:1024
İranda ət və balıq məhsullarında müşahidə edilən kəskin bahalaşma makaron istehlakını artırıb.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, ötən on ildə İranda ət və balıq məshullarının qiymətinin artması az gəlirli ailələr arasında makaron istehlakını artırıb.

Qeyd olunub ki, 2011-ci ildə hər bir iranlı ildə orta hesabla 13 kiloqram qırmızı ət istehlak edirdi.

Bu rəqəm 2021-ci ildə 54 faiz azalaraq hər bir iranlı üçün 6 kiloqrama düşüb. 2011-ci ildə balıq məhsullarının istehlakı hər bir iranlı üçün il ərzində 4 kiloqram təşkil edirdisə, bu rəqəm 2021-ci ildə 50 faiz azalaraq 2 kiloqrama düşüb. Əvəzində əriştə və makaron istehlakı bu müddət ərzində 14 faiz artıb və hər bir İran vətəndaşı il ərzində 8 kiloqram əriştə və makaron istehlak edir.

Qeyd edək ki, son günlər İranda makaron və əriştə qıtlığı yaranıb. Çörək və un məmulatlarının qiyməti bahalaşıb.

AzVision.az



Teqlər: İran   Bahalaşma  





Xəbər lenti