Xorvatiya Rusiyanın neft məhsullarından imtina etməyəcək

   Xorvatiya Rusiyanın neft məhsullarından imtina etməyəcək
  06 May 2022    Oxunub:708
Xorvatiya Avropa İttifaqının Rusiyadan neft məhsullarının tədarükünə dair müzakirə olunan sanksiyalar paketindən istisna tələb edir, çünki ölkənin ən böyük neft-qaz şirkəti INA-nın vakuum qazoyla ehtiyacı var.
Bu barədə AzVision.az “Vecernji list” nəşrinin portalı mənbələrə istinadən xəbər verir. VGO (Vacuum Gas Oil - red.) dizel yanacağının istehsalı üçün tələb olunan xammaldır və Riyekadakı INA neft emalı zavodu onun istehsal tsiklində istifadəsi üçün optimallaşdırılıb. Bazarda VGO təchizatı mənbələri çox məhduddur. Nəticədə, INA indiyə qədər olduğu kimi VGO-nun daha da alınmasının tərəfdarıdır.

Xorvatiyadakı Adriatik Neft Boru Kəmərinin (JANAF) dövlət operatoru aprelin 22-də Aİ-nin sanksiyalar paketindən çıxarıldıqdan sonra Serbiya Neft Sənayesini xammalla tədarükünü davam etdirəcəyini açıqlayıb. Yanvarda NIS JANAF ilə 3,2 milyon ton xam neftin tədarükü üçün yeni illik müqavilə imzalayıb.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti