Türk xalqlarının İslama töhfələri müzakirə edilir – FOTOLAR

Türk xalqlarının İslama töhfələri müzakirə edilir –    FOTOLAR
  06 May 2022    Oxunub:888
Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının islam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda elmi-praktik konfrans işə başlayıb. Konfransdan öncə XI-XII əsrlər böyük Türk təsəvvüf şairi Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət edən tədbir iştirakçıları eyni zamanda Türküstanın maddi mədəniyyət nümunələri, tarixi abidələri ilə tanış olublar.

Daha sonra Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ali Müfti Nauız Hacı Taqanulı, Türkiyə Respublikasının Dini İşlər İdarəsinin rəisi, Ali din xadimi Ali Erbaş, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və Özbəkistan Müsəlmanları İdarəsinin sədri Homidcon İşmatbekovun iştirakı ilə Müftilər Şurasının iclası keçirilib. İclasda Türk dünyasının dini liderləri arasında qəbul edilməsi nəzərdə tutulan qətnamə müzakirə edilib.


Konfransda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyev, Türkiyə Cümhuriyyəti Dini İşlər İdarəsinin rəsi Ali Erbaş, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf naziri Əsgər Ömərov və digər natiqlər türk xaqlarının islam dünyasına verdiyi töhfələr, Türk xalqları və dövlətləri arasında mənəvi birlik məsələlərini müzakirə etdilər.




Kamran Qasımov



Teqlər: İslam   Konfrans  





Xəbər lenti