Şeyxülislam Qazaxıstana gedib - FOTOLAR

Şeyxülislam Qazaxıstana gedib -    FOTOLAR
  05 May 2022    Oxunub:1853
May ayının 6-da Qazaxıstanın Türküstan şəhərində Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə “Türk xalqlarının İslam sivilizasiyasının inkişafına töhfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri Əsgər Ömərov, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Xıdırəli, Türkiyə Respublikasının Dini İşlər İdarəsinin rəisi, Ali din xadimi Ali Erbaş, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Zakir Rakiyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ali Müfti Nauız Hacı Taqanulı və digər rəsmi şəxslər çıxış edəcəklər.


Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə təmsil edir. Bu məqsədlə bütün Qafqazın Şeyxi Türküstan şəhərinə gedib. Türküstan Beynəlxalq Hava Limanında Bütün Qafqazın Şeyxini Nauızbay Hacı Taqanulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamaoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.



Daha sonra Hacı Allahşükür Paşazadənin Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin rəisi Nauızbay hacı Taqanulı ilə təkbətək görüşü keçirilib.

Kamran Qasımov



Teqlər: Din   Şeyxülislam  





Xəbər lenti