Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var

Sumqayıtda zavodda qaz balonu partlayıb,    ölən var
  05 May 2022    Oxunub:1078
Mayın 4-ü saat 15 radələrində şəhər ərazisində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Qaz-balonu  





Xəbər lenti