Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  05 May 2022    Oxunub:1061
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsi ünvanında yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti