Zəfər Kubokunun açılışı - FOTOLAR

   Zəfər Kubokunun açılışı -    FOTOLAR
  04 May 2022    Oxunub:845
İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçıları Ramin Yunusov, Daşqın Əziz və digər şəxslər iştirak ediblər.



İlk öncə yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə təşkil olunub və turnirdə iştirak edən 12 komanda işğaldan azad olunmuş bölgələri təmsil edir. O, həmçinin qeyd edib ki, final matçı mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



İAM-ın sədri Elşən Məmmədov, Nazirlik rəsmisi Elnur Məmmədov, MEDİA-nın rəhbəri Əhməd İsmayılov, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, Sabah klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi qaziləri Daşqın Əziz və Ramin Yunusov da Zəfər kubokunun keçirilməsinin əhəmiyyətindən danışıb, tədbirin iştirakçılarına təşəkkürlərini bildirib və komandalara uğurlar arzulayıblar.

D qrupundakı qarşılaşma Ağdamın 10:0 qələbəsi ilə yekunlaşıb. Növbəti oyunlarda "Ağdam" mayın 15-də, "Zəngilan" isə mayın 22-də "Xankəndi" ilə görüşəcək.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə keçirilir.





AzVision.az


Teqlər:





Xəbər lenti